Brüsseldә sәfәrdә olan Hulusi Akar Yens Stoltenberq ilә görüşüb

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar NATO-nun baş katibi Yens Stoltenberq ilә görüşüb.

akar stoltenberg.jpg

 

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar NATO-nun baş katibi Yens Stoltenberq ilә görüşüb.

Hulusi Akar NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasında iştirak etmәk üçün sәfәr etdiyi Belçikanın paytaxtı Brüsseldә ikitәrәfli görüşlәr keçirib.

Gürcüstan müdafiә naziri Levan İzoria  ilә bir araya gәlәn  Hulusi Akar  NATO-nun baş katibi ilә dә görüşüb.

Görüşdә ittifaqla bağlı mәsәlәlәrin müzakirә olunduğu bildirilib.

Nazir Hulusi Akar iclas çәrçivәsindә baş tutan  Orta Mәnzilli Nüvә Müqavilәsinin müzakirә olunduğu  sessiyaya qatılıb.



Әlaqәli Xәbәrlәr