Ərdoğan: "Millət olaraq birləşdik, dövlət olaraq gücləndik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zalımlara səssiz qalmayan Türkiyəni terrorla küncə sıxışdırmaq istəyənlərə yaxşı bir dərs verdiklərini, verməyə də davam edəcəklərini vurğuladı.

Ərdoğan: "Millət olaraq birləşdik, dövlət olaraq gücləndik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonu Kuzeykent meydanında xalqa müraciət etdi.
 
 Prezident çıxışında terrorla mübarizəyə toxunaraq son illərdə separatçı terror təşkilatı PKK-ya, Fətullahçı terror təşkilatı FETÖ kimi istismarçı bir təşkilata, DEAŞ kimi layihə təşkilatına qarşı uğurlu mübarizə apardıqlarını bildirdi.
 
 Ərdoğan: "17 illik hakimiyyətimiz bunlarla mübarizə ilə keçdi. Dəf etdiyimiz hər maneədən sonra yeniləri ilə qarşılaşdıq. Ölkəmizi və millətimizi heç rahat buraxmadılar. Onlar bizi sıxışdırdıqca, biz də millət olaraq daha da birləşdik, dövlət olaraq daha da gücləndik" dedi.
 
 Ərdoğan məzənnə və faiz üzərindən Türkiyəni küncə sıxışdırmağa çalışanlara gördükləri tədbirlərlə yaxşı bir dərs verdiklərini qeyd etdi.
 
 Dövlət başçısı iqtisadiyyat sahəsində yeni tədbirlərin görülməsinin davam ediləcəyini ifadə edərək:"Türkiyə ilə bağlı hesabları dünən necə idisə, bu gün də eynidir. Çünki Türk eyni Türkdür, düşmənləri də eyni düşmənlərdir. Yerimizdə saydığımız gün geriləməyə başladığımız gündür" dedi.
 
Ərdoğan ssenariləri pozaraq Türkiyənin gələcəyini aydınlaşdırdıqlarını vurğulayaraq, sözünə belə davam etdi:" Bizə buna görə düşmən oldular. Millətimizlə birlikdə olduğumuz üçün, dövlətimizi ayağa qaldırdığımız üçün bizə düşmən oldular. Zalımlara səssiz qalmadığımız, haqsızlıqlarını üzlərinə hayqırdığımız üçün bizə düşmən oldular. İqtisadiyyatımızı gücləndirdik, oyunlarını pozmaqla gələcəyimizi işıqlandırdıq, bizə buna görə  düşmən oldular" .



Әlaqәli Xәbәrlәr