Hulusi Akarla Patrik Şanahanın görüşü planlaşdırılır

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Hulusi Akarla Patrik Şanahanın görüşü planlaşdırılır

 

Türkiyәnin Milli Müdafiә naziri Hulusi  Akar  ilә  Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri vәzifәsini icra edәn Patrik Şanahanın görüş keçirmәlәri  planlaşdırılır.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, Hulusi Akar Belçikanın paytaxtı Brüsseldә keçirilәcәk NATO-nun müdafiә nazirlәri sәviyyәsindәki iclasında iştirak edәcәk.

Hulusi Akarın  NATO-nun Mәrkәzi Qәrargahında fevralın 13-dә baş tutacaq toplantı çәrçivәsindә ikitәrәfli görüşlәr keçirmәsi gözlәnilir.

Akarın bu çәrçivәsindә Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri vәzifәsini icra edәn Patrik Şanahan vә Yunanıstan müdafiә naziri Evanqelos Apostolakis  ilә dә görüş keçirmәsi nәzәrdә tutulur.

Qeyd edәk ki, Hulusi Akar Yunanıstan müdafiә naziri vәzifәsinә yeni tәyin olunmuş Apostolakisә tәbrik mәktubu ünvanlamışdı vә onu Türkiyәyә dәvәt etmişdi.

Akarın daha sonra İtaliya, Fransa, Monteneqro vә Gürcüstan başda olmaqla bәzi ölkәlәrin müdafiә nazirlәri ilә görüş keçirmәsi gözlәnilir.

Nazir Hulusi Akar iclas çәrçivәsindә baş tutacaq  Orta Mәnzilli Nüvә Müqavilәsinin müzakirә olunacağı sessiyalara da qatılacaq.

 



Әlaqәli Xәbәrlәr