Hulusi Akar Ankarada sәfәrdә olan Lindsey Qrahamı qәbul edib

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Hulusi Akar Ankarada sәfәrdә olan Lindsey Qrahamı qәbul edib

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Amerika Birlәşmiş Ştatlarının senatoru Lindsey Qrahamı (Lindsey Graham)  qәbul edib.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. 

Mәlumata görә, Hulusi Akar görüşdә Lindsey Qrahama Suriyanın Münbiç bölgәsi ilә bağlı verilәn sözlәrin tutulmadığını, Türkiyәnin cәnubunda terror dәhlizinin yaradılmasına icazә verilmәyәcәyini vә iki ölkәnin birgә sәy göstәrәrәk bu problemlәrin qarşısını ala bilәcәyini deyib.

Görüşdә hәmçinin Suriyadakı son vәziyyәt vә Türkiyә-ABŞ arasındakı әmәkdaşlıq mәsәlәlәrinin müzakirә olunduğu bildirilib.

Mәlumatda  nazir Hulusi Akarın  Münbiçlә bağlı verilәn sözlәrin tutulmadığını, YPG-nin PKK-nın qolu olduğunu, Türkiyәnin terror tәşkilatları YPG/PKK, DEAŞ vә Fәtullahçı Terror Tәşkilatı (FETÖ) ilә mübarizә apardığını, Türkiyәnin cәnubunda terror dәhlizinin yaradılmasına icazә verilmәyәcәyini vә iki ölkәnin birgә sәy göstәrәrәk bu problemlәrin qarşısını ala bilәcәyini ifadә etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr