Mövlud Çavuşoğlunun Münbiç açıqlaması

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın Münbiç rayonunda törədilən və 5-i ABŞ əsgəri olmaqla 20 nəfərin öldüyü bombalı hücumun terrorla qətiyyətli şəkildə mübarizəyə tesir etməməsinin vacibliyini dilə gətirdi.

Mövlud Çavuşoğlunun Münbiç açıqlaması

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın Münbiç rayonunda törədilən və 5-i ABŞ əsgəri olmaqla 20 nəfərin öldüyü bombalı hücumun terrorla qətiyyətli şəkildə mübarizəyə tesir etməməsinin vacibliyini dilə gətirdi.

Çavuşoğlu bunu Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov ilə birgə mətbuat konfransında deyib.

“Terrorizmə və hər cür terrora qarşıyıq. Biz də terror təşkilatları ilə mübarizə aparırıq. Suriyada müharibə başlayandan bəri terror var. Terror təşkilatı bizim qətiyyətimizə və qərarlarımıza təsir etməməlidir.

Təhlükəsizlik bölgəsi məsələsi Suriya böhranının başlanğıcından etibarən prezident Ərdoğanın səsləndirdiyi bir mövzudur. Biz ABŞ tərəfi ilə danışıqları davam etdirəcəyik. Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir. Sabitlik, Suriyalıların qayıtması terrorizmlə mübarizədə əhəmiyyətlidir. ABŞ ilə danışıqlar aparmağa davam edəcəyik” -deyə Çavuşoğlu vurğulayıb.

NATO Baş Qərargah rəisləri yığıncağında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə olan Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülər ilə ABŞ-lı həmkarı Cozef Dunfordun görüşünə toxunan Çavuşoğlu iki generalın Suriyada ABŞ-ın geri çəkilmə qərarını birlikdə koordinasiya etmə mövzusunu qiymətləndirdiklərini bildirib.  

ABŞ-ın “Patriot” raket sistemilə əlaqəli nümayəndə heyətinin Ankarada keçirdiyi görüşlərə də münasibət bildirən Çavuşoğlu “bəzi meyarlarımız var, misal üçün sistem nə zaman təhvil veriləcək? Rusiyadan S-400 raket sistemləri aldıq, amma daha çox sistemə ehtiyacımız var. Təhvil verilmə və qiymət əhəmiyyət daşıyır. Türkiyə olaraq müdafiə sənayesində birgə istehsala və texnologiya transferinə əhəmiyyət veririk” deyib.



Әlaqәli Xәbәrlәr