Mövlud Çavuşoğlunun Donald Trampa sərt cavabı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Lüksemburqun Xarici İşlər və Avropa İşləri üzrə naziri Jean Asselborn ilə birgə mətbuat konfransı təşkil etdi.

Mövlud Çavuşoğlunun Donald Trampa sərt cavabı

Suriyada təhlükəsiz bölgə yaratma fikri ABŞ prezidenti Donald Trampa deyil Türkiyəyə məxsusdur.  

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Lüksemburqun Xarici İşlər və Avropa İşləri üzrə naziri Jean Asselborn ilə təşkil etdiyi birgə mətbuat konfransında dedi.

Açıqlamasında Trampın “Suriyanın şimalında 30 km təhlükəsiz bölgə” sözlərinə dair Çavuşoğlu bildirdi ki, 30 km təhlükəsiz bölgə ilə əlaqəli ABŞ-ın təklifi olmadı, amma bu, ABŞ-ın da düşüncəsi deyil. Bu düşüncə hörmətli prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) bütün avropalılara təklifidir, ruslar da daxil. Hər görüş zamanı gündəmə gətirdik. (Sabiq ABŞ prezidenti Barak) Obama rəhbərliyi bunu realist təklif kimi qəbul etmirdi. Bəhanələrlə bu fikrimizi dəstəkləmədilər. İndi Türkiyənin qətiyyətli olduğunu gördükdən sonra bu düşüncəni ara yerə gətirdilər.

Suriyadan çəkilmə mövzusunda Trampın üzərində ciddi təzyiq olduğuna işarə edən Çavuşoğlu “Amerikalı təhlükəsizlik qüvvələri Suriyadan çıxmaması üçün Trampa təzyiq edir” deyə söylədi.

Trampın daxili siyasətə dair sosial şəbəkədə Türkiyə əleyhinə açıqlamalarına da toxunan Çavuşoğlu qeyd etdi ki, Strateji tərəfdaşlar soial şəbəkə üzərindən danışmaz. Bunun üçün əlaqə kanallarımız açıqdır. Biz heç bir təhdiddən qorxmayacağımızı söylədik. İqtisadi təhditlərlə heç nə əldə edilməz. Biz kürdlərin düşməni deyilik. Tarixdə onları ən çox qoruyan biz olmuşuq və buna da davam edəcəyik. Avropa, ABŞ bu həqiqəti bizdən daha yaxşı bilir.

İdlibdəki terror qruplarının mövcudluğuna da toxunan Çavuşoğlu “İdlib terror yuvasına çevrilibsə bunun məsuliyyətlisi Suriya rejimi və onun tərəfdaşı ölkələrdir. Daraadan avtobuslarla terrorçuları gətirib İdlibə buraxdılar. Məqsədləri isə məlum idi. Bu terrorçuları bəhanə edərək İdlibə hücum etmək, bunu da etdilər” deyə bildirdi.

Çavuşoğlu Rusiya ilə qəbul etdikləri İdlib razılaşmasının çətin də olsa uğurlu şəkildə tətbiq edildiyini söylədi.



Әlaqәli Xәbәrlәr