"Cənab Tramp terrorçular tərəfdaşınız və müttəfiqiniz ola bilməz", İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəldilmiş sözlərinə sərt reaksiya göstərdi.

İbrahim Kalın özünün “Twitter” səhifəsində yazıb ki, cənab Tramp terrorçular tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıq məsuliyyətlərini yerinə yetirməsini və buna terror təbliğatı ilə kölgə salınmamasını gözləyir. Kürdləri ABŞ-ın terror siyahısındakı PKK və onun Suriya qolu olan PYD/YPG-yə bərabər yanaşmaq  ölümcül səhvdir. Türkiyə terrorçularla mübarizə aparır, kürdlərlə yox. Kürdləri və digər suriyalıları terror təhdidinə qarşı qoruyacağıq.

Qeyd edək ki, Tramp “Twitter”dakı açıqlamasında ABŞ-ın Suriyadan çıxmağa başladığını və DEAŞ ilə mübarizənin davam edəcəyini bildirmişdi. Həmçinin Türkiyəni YPG/PKK-nı hədəf götürəcəyi təqdirdə iqtisadiyyat mövzusu ilə hədələmiş və bölgədə (Türkiyə-Suriya sərhədində) 20 mil məsafədə təhlükəsiz bölgə quracaqlarını vurğulamışdı.

Әlaqәli Xәbәrlәr