Türkiyә Fransaya başsağlığı verdi

Türkiyә Fransanın paytaxtı Parisdә qaz sızması sәbәbindәn baş verәn partlayış ilә әlaqәdar bu ölkәyә başsağlığı verib.

Türkiyә Fransaya başsağlığı verdi

 

Türkiyә Fransanın paytaxtı Parisdә qaz sızması sәbәbindәn baş verәn partlayış ilә әlaqәdar bu ölkәyә başsağlığı verib.

Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı verilәn açıqlamada deyilir: ‘‘Dünәn Parisdә baş verәn partlayış nәticәsindә çox sayda adamın xәsarәt alması vә hәlak olması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Partlayış nәticәsindә hәlak olanların ailәlәri başda olmaqla, Fransa xalqına vә hökumәtinә başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik’’.

Qeyd edәk ki, dünәn Fransanın paytaxtı Parisdә  güclü partlayış baş verib.

Hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində olub. Mәlumata әsasәn, partlayışa qaz sızması sәbәb olub.

Partlayış nəticəsində 10  nəfərin öldüyü və 47  adamın yaralandığı bildirilir. Partlayış nәticәsindә әtrafdakı binalara ciddi ziyan dәyib.



Әlaqәli Xәbәrlәr