R.T.Ərdoğan: ‘‘Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığını azaldır’’

Türkiyə müdafiə sənayesi sahəsində xarici ölkələrdən asılılığını sürətlə azaltmaqdadır.

R.T.Ərdoğan: ‘‘Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığını azaldır’’

Türkiyə  müdafiə sənayesi sahəsində xarici ölkələrdən asılılığını sürətlə azaltmaqdadır.

Bu barədə Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan Sakariyada etdiyi çıxışı  zamanı bildirib.

Prezident diqqətə çatdırıb ki, Әdalәt vә İnkişaf Partiyası hakimiyyətə gələn dövrlərdə Türkiyə müdafiə sənayesi məhsulları ilə daxili tələbatın 20 faizini təmin edirdi. Hazırda bu göstərici 68 faizə yüksəlib. Rәcәb Tayyib Әrdoğan  qeyd edib ki, bu sahədə daha ciddi tədbirlər görülməkdədir.

Qәtәrin hәr zaman Türkiyәnin yanında olduğunu vurğulayan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Qәtәrli qardaşlarımızın Türkiyә ilә hәmrәyliyini unudmadıq, unudmayacağıq. Bundan sonra da bir çox  sahәdә olan Türkiyә-Qәtәr әmәkdaşlığı güclәnmәdә davam edәcәk’’.



Әlaqәli Xәbәrlәr