Hulusi Akar, Yaşar Gülәr vә Ümid Dündar Suriyadakı vәziyyәti müzakirә ediblәr

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar Soçidә әldә olunan razılaşma çәrçivәsindә Suriyada atәşkәsin vә sabitliyin  davam etmәsi üçün hәr növ sәyin göstәrildiyini söylәyib.

Türkiyәnin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar  Suriya ilә sәrhәd bölgәsindә bir araya gәliblәr.

Görüşdә Suriyanın şimalındakı vәziyyәt qiymәtlәndirilib.

Rusiyanın Soçi şәhәrindә әldә olunan razılaşma çәrçivәsindә İdlibdәki son vәziyyәtin dә gündәmә gәldiyi görüşdә atәşkәsin davam etdirilmәsi üçün göstәrilәn sәylәrә toxunulub.

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar mövzu ilә bağlı bildirib ki, Soçidә әldә olunan razılaşma çәrçivәsindә Suriyada atәşkәsin vә sabitliyin  davam etmәsi üçün hәr növ sәy göstәrilir. Rusiya ilә bu mövzudakı әmәkdaşlığımız davam edir.

Türkiyәnin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar  Suriya ilә sәrhәddә yerlәşәn  ordu qәrargahlarına da  baş çәkiblәr.

Әlaqәli Xәbәrlәr