“Türkiyənin böyümə nisbəti proqnozdan yüksək olacaq”

Türkiyənin 2018-ci il böyümə nisbəti yenə proqnozlardan daha yüksək olacaq. Bunu Prezident Ərdoğan deyib.

“Türkiyənin böyümə nisbəti proqnozdan yüksək olacaq”

Ərdoğan sədri olduğu Ədalət və İnkişaf partiyasının vilayət başçıları yığıncağında etdiyi çıxışında Türkiyənin terror təşkilatlarına qarşı aramsız mübarizəsinin davam etməsinə baxmayaraq demokratiya və iqtisadiyyatın güclənməsi istiqamətində  göz oxşayan addımlar atdığını vurğulayıb.

Valyuta məzənnəsi, faiz, inflyasiya üçbucağında Türkiyəyə qarşı oynanan oyunlara baxmayaraq 2018-ci il iqtisadi böyümə nisbəti yenə gözlənəndən daha yüksək olacaq deyən prezident Ərdoğan, milli gəlirdə satın alma gücünə görə dünya reytinqində 13-cü sıraqa iştirak edən Türkiyənin ilin sonu etibarı daha da yüksələcəyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr