Hulusi Akar Türkiyә-Suriya sәrhәdinә gedib

Türkiyәnin Milli Müdafiə naziri Hulusi Akar Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar  Suriya ilә sәrhәddә yerlәşәn  ordu qәrargahlarına baş çәkiblәr.

Suriyada separatçı terror təşkilatı YPG/PKK terrorçularına  qarşı mümkün әmәliyyata toxunan Hulusi Akar deyib: ‘‘Münbiç vә Fәrat çayının şәrqi ilә bağlı lazımi planlar hazırlandı. Hazırlıqlarımız intensiv şәkildә davam edir. Vaxt gәlib çatanda oradaki terrorçuları qazdıqları çuxurlara basdıracağıq’’.

‘‘Türkiyә terrorla mübarizәsini  qәtiyyәtlә davam etdirәcәk. Türkiyәnin yeganә hәdәfi terrorçulardır. Kürd qardaşlarımızla heç bir problemimizin olmadığını hәrkәs çox yaxşı bilir’’,-deyә Hulusi Akar qeyd edib.

Әlaqәli Xәbәrlәr