Prezident Ərdoğan Trampla telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti arasında telefon danışığı oldu.

Prezident Ərdoğan Trampla telefonla danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonda danışıb.
  Söhbət zamanı Suriya böhranı müzakirə olunub.
  14 dekabr axşamı Trampla Ərdoğanın telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, təhlükəsizlik və terrorla mübarizə, xüsusilə, Suriyada baş verən son proseslərdən bəhs edilib.
  Ərdoğan Trampa Türkiyənin terror təşkilatı PKK/PYD/YPG-dən qaynaqlanan təhlükəsizliklə bağlı narahatlığını dilə gətirib.
  İki dövlət başçısı Suriya kontekstində daha səmərəli koordinasiya məsələsində razılığa gəlib.
  Qeyd edək ki, Ərdoğan dekabrın 12-də verdiyi açıqlamada Fərat çayının şərqinə əməliyyat həyata keçirəcəyinə dair siqnal vermişdi.

  Türkiyə regiondakı terrorçu ünsürlərin mövcudluğundan və ABŞ rəhbərliyinin bunlara dəstəyindən narahatdır.



Әlaqәli Xәbәrlәr