PKK-nın gizli mağaraları ələ keçirildi

Bölgədə yaşayan vətəndaşların əmin-amanlıq və təhlükəsizliyinin təminatı üçün terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlara artan əzm və qətiyyət davam edir.

PKK-nın gizli mağaraları ələ keçirildi

  Türkiyənin Diyarbəkir rayonunda separatçı PKK-ya qarşı əməliyyatda terrorçuların məskunlaşdığı yerlər istifadəfəsiz vəziyyətə gətirilib, 4 əldə düzəltmə partlayıcı qurğu, qumbara və 60 kiloqram amonium-nitrat ələ keçirilib.

 Ölkənin Təhlükəsizlik Qüvvələrinin apardığı əməliyyatda terrorçuların 5 qış sığınacağı, biri 15 hissədən ibarət 5 təbii mağara, biri 10 adamlıq olmaqla 2 təbii qaya oyuğu aşkar edilərək istifadəsiz hala gətirilib.

 Bölgədə yaşayan vətəndaşların əmin-amanlıq və təhlükəsizliyinin təminatı üçün terrorla mübarizə çərçivəsində aparılan əməliyyatlara artan əzm və qətiyyət davam edir.



Әlaqәli Xәbәrlәr