TBMM sədri Çindən Qırğızıstana keçdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi səfərdədir.

TBMM sədri Çindən Qırğızıstana keçdi

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi səfərdədir.

  Çində görüşlərini başa vuran TBMM sədri B.Yıldırım və Türkiyə heyəti Bişkekdə Beynəlxalq Manas Hava Limanında Qırğızıstan parlamentinin sədr müavini Mirlan Bakirov, Qırğızıstan Parlamenti Türkiyə Dostluq Qrupunun sədri Almazbek Baatırbekov, Xarici İşlər nazirinin müavini Nurlan Abdrahmanov və Türkiyənin Qırğızıstandakı səfiri Cengiz Kamil Fırat tərəfindən mərasimlə qarşılanıb.

  Türkiyə rəsmilərinə milli geyimli qırğız gəncləri çörək və qaymaq təqdim edib.

  Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım görüşləri çərçivəsində Qırğızıstan Milli Məclisinin sədri Dastanbek Cumabekov və baş nazir Muhammedkalı Abılgaziyevlə görüşəcək.

  Daha sonra TBMM sədri Türkiyənin Bişkekdəki Səfirliyində türk vətəndaşları və Ahıska türkləri nümayəndələrilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr