"Tramp özü bu söhbəti açdı", M.Çavuşoğlu

Belçikanın paytaxtı Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısından sonra təşkil edilən mətbuat konfransında M.Çavuşoğlu deyib...

"Tramp özü bu söhbəti açdı", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqci cinayətini açmaq üçün aparılan istintaqın sonuna qədər gedəcəklərini bildirib.

  Belçikanın paytaxtı Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısından sonra təşkil edilən mətbuat konfransında M.Çavuşoğlu deyib:

  “2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşicəsinə öldürülən səudiyyəli jurnalist Camal Xaşoqci cinayətilə bağlı istintaq davam edir. Sona qədər gedəcəyik. Beynəlxalq araşdırma aparılmasından belə çəkinmirik".

  Amerika Birləşmiş Ştatlarından (ABŞ) Türkiyəyə F-35 döyüş təyyarələrinin təhvil-təslimi məsələsinə də münasibət bildirən Xarici İşlər naziri bunları söyləyib:  

  “ABŞ prezidenti Donald Tramp ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğan Argentinadakı G-20 Sammitində də F-35 məsələsini müzakirə edib. Tramp özü söhbəti açıb və Türkiyənin bu layihənin mühüm aktyorlarından biri olduğunu deyib. Bu günlük ləğvetmə və ya başqa problem yoxdur".

  M.Çavuşoğlu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin “Astana görüşü Suriya Konstitusiya Komissiyası üzvlərini təyin etmir, artıq proses sona çatıb” açıqlamasına reaksiyanı bu sözlərlə bildirib:

  “Çox talesiz bir açıqlamadır. Zənn etmirəm ki, bunlar Cefrinin öz fikridir”.

  Rusiya-Ukrayna gərginliyi barədə isə Çavuşoğlu deyib:

  "Qara dənizdə 25 noyabrda Rusiya tərəfindən götürülən Ukraynaya məxsus gəmi və ekipaj sərbəst buraxılmalıdır. Kerç boğazında həm Rusiya, həm də Ukraynanın hüquqları var. Yeni gərginliyə yol verməmək üçün bu iki ölkə koordinasiyalı çalışmalıdır. Biz də problem yaşanmaması üçün əlimizdən gələni edə bilərik".     



Әlaqәli Xәbәrlәr