Federika Mogherini və Yohannes Hahn Türkiyəyə səfər edəcəklər

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini və Aİ Komissiyasının  genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hahn noyabrın 22-də Ankarada görüşlər keçirəcəklər.

 Aİ Xarici Əlaqələr Xidmətindən verilən məlumata görə, Mogherini və Hahn Ankarada Türkiyə-Aİ Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısında iştirak edəcəklər.
 
 Digər tərəfdən, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi Türk nümayəndə heyəti ilə Aİ nümayəndə heyəti arasında keçiriləcək görüşlərdə Türkiyənin Aİ-yə üzvlük məsələsi ilə yanaşı iqtisadiyyat, ticarət, maliyyə əməkdaşlığı, energetika, Gömrük İttifaqı, təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, miqrasiya və sərbəst viza  kimi  məsələlərin müzakirə olunacağı bildirilir.
 
 Açıqlamada Balkan ölkələri, Suriya, İraq və Yaxın Şərq sülh prosesi başda olmaqla, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin aparılacağı qeyd edilir.

Әlaqәli Xәbәrlәr