"Dənizlərin kamera və radar sistemi ilə izlənəcəyi lahiyə hazırlanır”, S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu dənizlərin kamera və radar sistemi ilə izlənəcəyi lahiyə hazırladıqlarını açıqlayıb.

"Dənizlərin kamera və radar sistemi ilə izlənəcəyi lahiyə hazırlanır”, S.Soylu

Daxili İşlər naziri Süleyman Soylu dənizlərin kamera və radar sistemi ilə izlənəcəyi lahiyə hazırladıqlarını açıqlayıb.

Nazir Afyon Kocatəpə universitetinin tədris ilinin açılış mərasimində etdiyi çıxışda sərhəd təhlükəsizliyinə toxunaraq deyib ki, Egey, Aralıq və Qara dənizin kamera və radar sistemilə izlənəcək layihənin bir hissəsi başa çatdı. Bu bölgələri kamera və radar sistemilə dünyada deməli heç bir ölkədə olmayan bir texnologiya ilə izləyəcəyik.

Terrorla mübarizə mövzusunda isə nazir Soylu deyib ki, həyata keçirilən uğurlu əməliyyatlarla terrorçu sayında ciddi azalma oldu.  Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində aşkarlayıb məhv edəcək şəkildə bir taktika tətbiq edir.

ABŞ-ın terror təşkilatı PKK-nın quldurbaşlarından 3 terrorçunun başına mükafat qoymasına da toxunan Soylu “Strateji tərəfdaşımız 3 terrorçunu siyahıya daxil edərkən, digər tərəfdən Suriya, İraq cəbhəsində PKK ilə birlikdə “neftin 25 faizi mənim olacaq, 75 fazi sənin olacaq” bazarlığını edənlərdir. Bu riyakarlıqdır, səmimiyyətsizlikdir. ABŞ-ın harada, hansı gün, kiminlə əməkdaşlıq etdiyi də məlumumuzdur” deyib.



Әlaqәli Xәbәrlәr