Mövlud Çavuşoğlu Laosun Baş naziri ilә görüşüb

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu rәsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Laosda bu ölkәnin Baş naziri  Tonqlon Sisoulitlә görüşüb.

Mövlud Çavuşoğlu Laosun Baş naziri ilә görüşüb

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu rәsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Laosda bu ölkәnin Baş naziri  Tonqlon Sisoulitlә görüşüb.

Mәlumata görә, görüş Laosun paytaxtı Vyentiyanda baş tutub.

Heyәtlәr arası keçirilәn görüşdә Türkiyәnin Viyentiyandakı sәfiri Әhmәd İdem dә iştirak edib.

Görüşdә Mövlud Çavuşoğlu vә Tonqlon Sisoulit Türkiyә ilә Laos arasındakı siyasi, iqtisadi vә ticarәt әlaqәlәrini müzakirә ediblәr.

Laos tәrәfi görüşdә hәmçinin Laosa sәfәr etmәk istәyәn Türkiyә vәtәndaşlarının sәrhәddә viza ala bilәcәklәrini açıqlayıb.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә daha әvvәl bu ölkәnin Xarici İşlәr naziri Saleumxay Kommasitlә görüşüb.

Nazir Mövlud Çavuşoğlu hәmkarı ilә keçirdiyi görüşdә Laosda yay aylarında baş verәn daşqınlara görә kәdәrlәndiyini ifadә edib.

Mövlud Çavuşoğlu Türkiyәnin Laos xalqının yanında olduğunu bildirib.

Mövlud Çavuşoğlu hәmçinin Laosda dünәn açılışı olan Türkiyәnin diplomatik nümayәndәliyinin ikitәrәfli münasibәtlәrin inkişafına önәmli töhfәsin olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr