Rәcәb Tayyib Әrdoğan Camal Xaşoqçi mәsәlәsini qiymәtlandirdi

Rәcәb Tayyib Әdoğan Üsküdar-Çekmeköy-Sancaktepe metro stansiyasının açılış mәrasimindә iştirak edib.

Rәcәb Tayyib Әrdoğan Camal Xaşoqçi mәsәlәsini qiymәtlandirdi

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Sәudiyyәli jurnalist Camal Xaşoqçinin qәtlә yetirilmәsi ilә bağlı aparılan istintaqın detallarını Әdalәt vә İnkişaf Partiyasının çәrşәmbә axşamı günü keçirilәcәk qrup toplantısında müzakirәyә çıxaracaqlarını söylәyib.

Rәcәb Tayyib Әdoğan Üsküdar-Çekmeköy-Sancaktepe metro stansiyasının açılış mәrasimindә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘ Camal Xaşoqçi  mәsәlәsinә aydınlıq gәtirәcәyimizi demişdik. Bu mәsәlә ilә bağlı Әdalәt vә İnkişaf Partiyasının çәrşәmbә axşamı günü keçirilәcәk qrup toplantısında açıqlama verәcәm. Bu mәsәlәyә aydınlıq gәtirilәcәk. 15 nәfәr Türkiyәyә nә sәbәblә  gәldi, 18 nәfәr nә sәbәblә saxlanıldı?. Çәrşәmbә axşamı günü bu mәsәlәyә aydınlıq gәtirilәcәk’’.



Әlaqәli Xәbәrlәr