Mövlud Çavuşoğlu vә Mayk Pompeo arasında telefon danışığı olub

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Diplomatik mәnbәlәrdәn әldә olunan mәlumata әsasәn, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә ABŞ dövlәt katibi Mayk Pompeo Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә ABŞ prezidenti Donald Trampın keçirdiyi telefon danışığında gündәmә gәlәn mövzuları müzakirә ediblәr.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Rәcәb Tayyib Әrdoğan vә Donald Tramp arasında baş tutan telefon danışığında ikitәrәfi münasibәtlәr, terrorla mübarizә, Camal Xaşoqçi mәsәlәsi vә Suriyadakı son vәziyyәt müzakirә olunub.

Qeyd edәk ki, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu vә ABŞ dövlәt katibi Mayk Pompeo әn son oktyabrın 17-dә Ankarada bir araya gәlmişdi.

Әlaqәli Xәbәrlәr