Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr ABŞ-a sәfәr edib

Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qәrargah rәisi Yaşar Gülәr Amerika Birlәşmiş Ştatlarının Baş Qәrargah rәisi, ordu generalı Cozef Danfordla (Joseph Dunford ) görüşüb.

Türkiyә Silahlı Qüvvәlәri Baş Qәrargahından verilәn mәlumata görә, Yaşar Gülәr ABŞ-da keçirilәn ‘‘Radikal tәşkilatlarla mübarizә’’ mövzusunda Baş Qәrargah rәislәrinin toplantısında iştirak etmәk üçün bu ölkәyә sәfәr edib.

Toplantıda regional tәhlükәsizlik vә terrorla mübarizә mәsәlәlәri müzakirә olunub.

ABŞ Silahlı Qüvvәlәrinin Baş Qәrargahının mәtbuat katibi polkovnik Patrik Rayder verdiyi açıqlamada Yaşar Gülәr vә Cozef Danfordun Türk-Amerika münasibәtlәrinin әhәmiyyәtini vurğuladıqlarını  bildirib.

Patrik Rayder  bildirib ki, tәrәflәr Münbiçdә tәhlükәsizlik vә sabitlik mәsәlәsi ilә bağlı aparılan  danışıqları davam etdirib. Görüşdә DEAŞ-ın mәğlub edilmәsi üçün Türk-Amerika әmәkdaşlığının әhәmiyyәti vurğılanıb.

Rayder hәmçinin NATO-nun әhәmiyyәtli  iki üzvü olan ABŞ vә Türkiyәnin hәrbi sahәdә әlaqәlәrinin davam etdiyinә diqqәt çәkib.

Әlaqәli Xәbәrlәr