• Video Qalereya

Ərdoğan ABŞ-ı verdiyi sözə əməl etməyə çağırdı

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Suriyanın şimalında lazım olan addımları atmadığı təqdirdə Türkiyənin separatçı terror təşkilatı PKK/YPG-yə qarşı lazımi tədbirləri görəcəyini bildirdi.

Ərdoğan ABŞ-ı verdiyi sözə əməl etməyə çağırdı

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  sədri olduğu Ədalət və inkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki  qrup toplantısında çıxış etdi.
 
 Ərdoğan çıxışında ABŞ-ı Suriyanın Münbiç bölgəsinə yerləşdirdiyi separatçı terror təşkilatı PKK-nın davamı PYD-YPG-nin üzvü olan terrorçuları buradan çıxartma barəsində verdiyi sözə əməl etməyə çağırdı.
 
 Türkiyə və ABŞ arasında iyunun 4-də bununla bağlı razılaşma əldə edildiyini xatırladan Ərdoğan: "Münbiçdə cədvəl 90 gün idi. Təəssüf ki, işləmədi. İşləməsə də, biz orada da öz işimizi özümüz görərik. Fərat çayının şərqində lazım olan addımlar atılacaq.  YPG/PYD-yə, daha doğrusu, PKK-ya qarşı lazımi tədbirləri ən yüksək səviyyədə görəcəyik. Bütün bunlar təkcə ölkəmizin əmin-amanlığı üçün deyil, o ölkədə yaşayan  insanların da əmin-amanlığı üçündür" dedi.



Әlaqәli Xәbәrlәr