Rәcәb Tayyib Әrdoğan müftilәrә müraciәt edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan 35-ci Vilayәtlәr Konfransında çıxış edib.

Rәcәb Tayyib Әrdoğan müftilәrә müraciәt edib

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan 35-ci  Vilayәtlәr Konfransında çıxış edib.

Çıxışı zamanı Türkiyәnin İslam alәmindә әhәmiyyәtli yerә malik olduğunu vurğulayan Rәcәb Tayyib Әrdoğan: ‘‘Tarixi tәcrübәsi, coğrafi mövqeyi vә mәdәni sәrvәtlәri ilә Türkiyә  bütün İslam alәminә liderlik edәn yeganә ölkәdir’’ deyә qeyd edib.

Türkiyәnin terrora qarşı apardığı mübarizәyә toxunan Rәcәb Tayyib Әrdoğan: ‘‘Terror tәşkilatlarına qarşı mübarizәmizi qәtiyyәtlә  davam etdirәcәyik. Bu dövrdә terror tәşkilatlarına ağır zәrbәlәr endirdik. Terror tәşkilatı DEAŞ vә  separatçı terror tәşkilatı PKK-nın tәxminәn 7 min 500 üzvünü  zәrәrsizlәşdirdik’’ deyib.

Dini mövzularda lәyaqәt sahibi olan din xadimlәrinә müraciәt edәn Rәcәb Tayyib Әrdoğan dini mәsәlәlәrdә ön plana çıxmalarının vacibliyini vurğulayıb.

Әrdoğan bəzi dairələrin və terror təşkilatlarının dini öz çirkli əməllərinə alət etdiklərini söylәyib.

Çıxışı zamanı Fәtullahçı terror tәşkilatı FETÖ-yә qarşı aparılan mübarizәyә dә toxunan Rәcәb Tayyib Әrdoğan bildirib ki, FETÖ millәti ilә dalaşan, vәtәndaşlarına üstdәn aşağı baxan yanlış sistemin sәbәb olduğu bir xәstәlikdir.

Әrdoğan 2016-cı ilin 15 iyul tarixindә törәdilәnlәrin  bir daha yaşanmaması üçün  lazımi tәdbirlәri görmәyә davam edәcәklәrini deyib.



Әlaqәli Xәbәrlәr