Mövlud Çavuşoğlu: "Dərdimiz əsla dava etmək deyil, sərvətlərin ədalətli şəkildə bölüşdürülməsidir"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kiprdə sırf müzakirəyə başlamaq üçün yenidən masaya oturmanın mənasının olmadığını bildirdi.

Mövlud Çavuşoğlu: "Dərdimiz əsla dava etmək deyil, sərvətlərin ədalətli şəkildə bölüşdürülməsidir"

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Ankara Universitetində təşkil olunan "Şərqi Aralıq Dənizində Hüquq və Siyasət" mövzulu simpoziumda iştirak etdi.
 
 Burada çıxış edən türkiyəli nazir Kiprin Rum tərəfinin Şərqi Aralıq dənizində qaz yataqlarının birtərəfli axtarışına imkan verməyəcəklərini bildirərək: "Türkiyə və ŞKTR-in haqlarını heç kəsə vermərik" dedi.
 
 Rum tərəfinin birtərəfli şəkildə ada ətrafında karbohidrogen yataqlarının axtarışını davam etdirdiyini vurğulayan Çavuşoğlu: "Onlara açıq şəkildə deyirik ki, buna imkan verməyəcəyik. Ada ətrafındakı sərvətlərin  bölüşülməsinin tərəfdarıyıq və Türk xalqının burada payı var" deyə qeyd etdi.
 
 Xarici İşlər naziri çıxışında Kipr danışıqları ilə bağlı bunları söylədi: " Sırf müzakirəyə başlamaq üçün yenidən masaya oturmağın bizim üçün mənası yoxdur. Bir nəticənin əldə edilməsi lazımdır".
 
 Digər tərəfdən, Türkiyənin ŞKTR-in dəvəti ilə ada ətrafında qazma işlərini davam etdirəcəyini vurğulayan Çavuşoğlu: "Dərdimiz əsla dava etmək deyil, sərvətlərin ədalətli şəkildə bölüşdürülməsidir" şəklində danışdı.



Әlaqәli Xәbәrlәr