Mövlud Çavuşoğlu: "Camal Qaşıqçının aqibəti ilə bütün dünya maraqlanır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olan jurnalist Camal Qaşıqçının aqibəti ilə bütün dünyanın maraqlandığını bildirdi.

Mövlud Çavuşoğlu: "Camal Qaşıqçının aqibəti ilə bütün dünya maraqlanır"

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ŞKTR Baş nazirinin  müavini və Xarici İşlər naziri Qüdrət Özersay paytaxt Ankarada görüşdülər.
 

Görüşdən sonra birgə mətbuat konfransı keçirildi.
 
 Şavuşoğlu mətbuat konfransında: "Bu gün Səudiyyə Ərəbistanın hər hansı bir diplomatı ölkəsinə getmək istəsə, gedə bilər. Bunda bir məhdudiyyət yoxdur" deyə danışdı.
 
 Çavuşoğlu araşdırmaların davam edəcəyini söyləyərək,  Türkiyənin məqsədinin Səudiyyə Ərəbistanı Baş Konsulluğunda itən Qaşıqçının aqibətini öyrənmək olduğunu vurğuladı.
 
 Bütün dünyanın gözlərini  bu hadisəyə dikdiyini dilə gətirən Çavuşoğlu: "Buna bir aydınıq gətirməliyik. Baş Prokurorluq uyğun gördüyü adamların ifadəsinə müraciət edə bilər. Bu prosesin maneəsiz şəkildə davam etməsi mühümdür. Bu proses Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, proses şəffaf olmalıdır" dedi.
 
 Amerika Birləşmiş Ştatlarının  dəstəyi ilə Suriyanın Münbiç bölgəsinə yerləşən separatçı terror təşkilatı YPG/PKK-nın bölgədən çıxarılması məsələsində ABŞ ilə əldə olunan razılaşmanı da dəyərləndirən Çavuşoğlu: "Münbiç  məsələsində ABŞ-da bir laqeydlik hiss etsək, əvvəlki xəttə qayıdarıq. ABŞ-a: "Ya siz təmizləyin, ya da biz təmizləyərik "deyirik " deyə danışdı.



Әlaqәli Xәbәrlәr