• Video Qalereya

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqda görüşlər keçirdi

Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən axşam radələrində İraqın Nəcəf şəhərində Sədr Hərəkatının lideri və  mayın 12-də keçirilən parlament seçkilərində qələbə qazanan Müqtəda əsd-Sədr ilə bir araya gəlib.

Çavuşoğlu  görüşdən sonra verdiyi açıqlamada Sədr ilə iki ölkəni maraqlandıran birgə mövzular və hökuməti qurma fəaliyyətlərinə dair prosesi müzakirə etdiklərini söyləyib.  

Görüşün səmərəli keçdiyini deyən nazir daha sonra Hz. Əlinin şəhərdə olan türbəsini ziyarət edərək, dua edib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Bağdadda keçirdiyi görüşləri zamanı İraq prezidenti Bərham Saleh, Məclis sədri Məhəmməd əl-Halbusi, yeni hökuməti qurmaqda vəzifələndirilən Adil Əbdülmehdi, Türkmən millət vəkilləri, İraqın keçmiş prezident müavini Usamə ən-Nuceyfi və Bədir təşkilatının lideri Hadi-əl Amirilə bir araya gəlib.

Әlaqәli Xәbәrlәr