Rahib Bransonun məhkəmə qərarı bəlli oldu

Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Branson 4-cü dəfə məhkəmə qarşısına çıxarılıb.

Rahib Bransonun məhkəmə qərarı bəlli oldu

  Rahib Branson İzmirdə Ağır Cəza Məhkəməsinə aparılıb. FETÖ və PKK terror təşkilatlarına üzv olmaq, casusluq etmək iddiaları ilə barəsində 35 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edilən, daha sonra cəzası ev həbsi ilə əvəzlənən Branson barədə yeni tələb açıqlanıb.

  Hakim bu dəfə qruplaşmaya üzv olmaq ittihamı ilə rahibin 10 il müddətinə həbsini istəyib.

  Endryu Kreyq Branson müdafiəsi zamanı “Günahsızam, Türkiyəni sevirəm, bəraət verilməsini istəyirəm” deyib.

  Təxminən 2,5 aydır ki, ev həbsində saxlanılan və Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan Bransona terror təşkilatına yardımdan 5 il həbs cəzası verildi. Endirimlər sonra cəza 3 il 1 ay 15 günə düşdü. Bransonın aldığı cəza yatdığı həbs cəzasına (2,5 ay) sayılır.

  Hökmlə birlikdə sərbəst buraxılan Bransonın ev həbsi və xarici qadağa qaldırıldı.

  Qeyd edək ki, 3 il 1 ay 15 gün həbsdə qalandan sonra rahib azadlığa buraxılacaq.

  ABŞ prezidenti Donald Tramp qərar açıqlanan kimi “twitter” hesabından etdiyi paylaşmada yazıb: “Rahip Bransonla bağlı çox gərgin çalışdıq”.



Әlaqәli Xәbәrlәr