Müdafiə sistemilə əlaqəli yeni yerli layihələr müzakirə edildi

Müdafiə Sənayesi İcra Komitəsinin yığıncağında təhlükəsizlik qüvvələrinin təsir dairəsini daha yüksək səviyyəyə qaldıran yerli və milli sistemlərə yenilərini əlavə etməklə bağlı lahiyələr dəyərləndirildi.

Prezident iqamətgahında keçirilən yığıncaqdan sonra yayılan bəyanatda bildirilib ki, ölkə sərhədləri daxilində və ölkə sərhədlərinin təhlükəsizliyi üçün sərhəndən kənarda əməliyyatlarını uğurla davam etdirən təhlükəsizlik qüvvələrinin təsir dairəsini daha yüksək səviyyəyə qaldıran yerli və milli sistemlərə yenilərinin əlavə edilməsilə əlaqəli layihələr gözdən keçirildi.

Müdafiə sənayesi və texnologiyalarını inkişaf etdirmə, dəstəkləmə və ixrac məqsədli müxtəlif yatırım və islahat fəaliyyətlərinə dair qərarlar qəbul edildi.

Həmin çərçivədə “inkişaf etdirilmiş Atak helikopteri” layihəsinə başlanması, müxtəlif pilotsuz uçuş aparatları ilə silahlı pilotsuz uçuş aparatları, dəniz və quruda istifadə olunan zirəhli maşınlar, elektron hərb və qarışdırıcı sistemlər, müxtəlif silah-sursat sistemlərilə təhlükəsizlik qüvvələrinin müxtəlif ehtiyaclarının ödənilməsinə dair layihələr qiymətləndirildi.

Әlaqәli Xәbәrlәr