• Video Qalereya

Türkiyə və İranın Daxili İşlər nazirləri görüşdü

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu iranlı həmkarı Əbdülrza Rəhmani Fəzli və başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə və İranın Daxili İşlər nazirləri görüşdü

   S.Soylu İran və Türkiyə arasında tarixi bağların olduğunu xatırladaraq, xüsusilə, son iki ildə iki ölkənin iş birliyinin artdığına diqqət çəkib:

  “Nəinki nazirlər səviyyəsində, nazir müavinləri, polis, jandarm və miqrasiya mövzusunda iş birliyimiz davam edir. Bu əlaqə son vaxtlar yüksək səviyyəyə çatıb.

  İran və Türkiyə terror, narkotika, qanunsuz miqrasiya, qaçaqmalçılıq və sərhəd təhlükəsizliyi kimi məsələlərdə müştərək mübarizə aparır.

  Hər çətin dövrdə qarşılıqlı iş birliyi və addımlarımız bizi həm həm cəsarətlənir, həm də qüvvətləndirir".

  İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli də öz növbəsində İran hökuməti və dini rəhbərlərinin iki ölkə arasında münasibətlərin inkişafında ciddi olduğunu vurğulayaraq deyib:

  “İki ölkə əlaqələrinin daha da gücləndirilməsi İranın prioritetlərindən biridir. Hər sahədə əlaqələri inkişaf etdirməyə səy göstərməliyik. Bölgədəki hər məsələ iki ölkənin də Daxili İşlər Nazirliyinin gündəliyinə daxil olmalıdır. Biz regional məsələlərdə də həmfikir və ortaq işlər görə bilsək, bir-birimizə yardımları artırsaq, digər ölkələrin diqqətini buna çəkməyə nail olsaq və onların da bizimlə iş birliyi içərisində olmalarını təmin edə bilsək, həm təhlükəsizlik sahəsində, həm də iqtisadi və siyasi məsələlərdə bundan da irəli gedə gedərik. Türkiyəyə regiondakı ən mühüm və təsirli ölkələrdən biri kimi baxırıq. Bu cür görüş və iclasların keçirilməsi iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi və xalqlarının rifah səviyyələrinin daha da artmasına kömək olur".

  İki nazirin rəhbərliyilə heyətlərarası görüş mətbuata qapalı davam edib.



Әlaqәli Xәbәrlәr