• Video Qalereya

Türkiyә Silahlı Qüvvәlәri beş terrorçunu da mәhv etdi

Türkiyәnin Muş şәhәrinin Varto qәsәbәsindә terror tәşkilatı PKK ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdırma nәticәsindә 5 terrorçu zәrәrsizlәşdirilib.

Muş Valiliyindәn verilәn açıqlamada tәhlükәsizlik qüvvәlәrinin Varto qәsәbәsinin Yılanlı kәndindә әmәliyyat keçirdiyi bildirilib.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Yılanlı kәndindә tәhlükәsizlik qüvvәlәrimizә atәş açan terrorçularla hәrbçilәr arasında qarşıdurma olub. Qarşıdırma nәticәsindә 2-si qadın olmaqla 5 terrorçu mәhv edilib.

Açıqlamada xalqın tәhlükәsizliyini tәmin etmәk üçün bölgәdә әmәliyyatların qәtiyyәtlә davam etdirilәcәyi bildirilib.

Әlaqәli Xәbәrlәr