Türkiyənin Xarici İşlər naziri Bağdada getdi

Xarici işlər naziri M.Çavuşoğlu İraqa səfəri zamanı Bağdad havalimanında İraq Xarici İşlər Nazirinin müavini Hazim Yusuf və Türkiyənin bu ölkədəki səfiri Fatih Yıldız tərəfindən qarşılanıb.

çavuşoğlu 2.jpg

Daha sonra hökuməti formalaşdırma vəzifəsini  icra  edən Adil Abdulmehdi ilə bir araya gəlib. Çavuşoğlu Bağdaddakı Yaşıl bölgədə baş tutan danışıqdan sonra Milli Hikmət Axını lideri Ammar əl-Həkim ilə görüşüb.

Xarici işlər naziri Çavuşoğlunun Bağdada səfəri çərçivəsində Prezident Berhem Saleh, Baş nazir Heydər əl-İbadi, Məclis Başçısı Məhəmməd əl-Halbusi, Bədir Təşkilatı lideri Hadi əl-Əmiri, İraqlı digər səlahiyyətlilər və Türkmen cəmiyyətinin nümayəndələriylə də görüşü gözlənir. Nazir Bağdaddakı təmaslarını tamamladıqdan sonra Nəcəfə keçərək Sədr Hərəkatı lideri Müqtəda əs-Sədr ilə görüşəcək. Həzrəti Əlinin məqbbərəsini ziyarət edəcək.

 



Әlaqәli Xәbәrlәr