Camal Xaşoqqi haradadır?

C.Xaşoqqinin ən son Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna getdiyi söylənilib.

Camal Xaşoqqi haradadır?

  Amerika Birləşmiş Ştatları mərkəzli “Washington Post” qəzetinin müxbiri, Səudiyyə Ərəbistanı vətəndaşı Camal Xaşoqqinin (Jamal Khashoggi) iki gündür ki, ABŞ-ın İstanbul Baş Konsulluğunda tutulduğu iddia edilir.

  C.Xaşoqqinin ən son Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna getdiyi söylənilib.

  Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın mövzu ilə bağlı 3 oktyabrda verdiyi açıqlamada, əldə olan məlumatlara görə, Camal Xaşoqqinin hələ də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda olduğunu bildirmişdi.

  Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Ankara səfiri Vəlid bin Əbdülkərim əl-Hireyci oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb.

  Xarici İşlər naziri müavini Yavuz Səlim Sına görüş zamanı səfir V.Hireycidən səudiyyəli jurnalistin aqibətini soruşub. O deyib: “Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu konsulluq binasına girib-çıxdıqdan sonra jurnalist Camal Xaşoqqi itkin düşüb. Həqiqətin ortaya çıxarılması üçün Türkiyə rəsmilərilə birlikdə çalışılır”.



Әlaqәli Xәbәrlәr