Türkiyәdә terrorla mübarizә qәtiyyәtlә davam etdirilir

Türkiyәnin Hakkari şәhәrindә keçirilәn әmәliyyat nәticәsindә 3 PKK terrorçusu zәrәrsizlәşdirilib.

Türkiyәdә terrorla mübarizә qәtiyyәtlә davam etdirilir

Türkiyәnin Hakkari şәhәrindә keçirilәn әmәliyyat nәticәsindә 3 PKK terrorçusu zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәrinin terror tәşkilatı PKK-ya qarşı apardığı әmәliyyatlar qәtiyyәtlә davam etdirilir.

Ölkә daxilindә vә xaricindә terror tәşkilatına qarşı aparılan әmәliyyatlar nәticәsindә terrorçulara ağır zәrbәlәr endirilib.

Mәlumata görә, pilotsuz uçuş aparatı vasitәsilә Hakkarinin  Kavaklı bölgәsindә bir qrup terrorçu tәsbit edilib. Keçirilәn  hava әmәliyyatı nәticәsindә 3 terrorçu zәrәrsizlәşdirilib.

Son üç ayda keçirilәn әmәliyyatlarda 14 qadın terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Tәhlükәsizlik qüvvәlәrinin Diyarbәkirdә әmәliyyat keçirdiyi vurğulanıb. Әmәliyyat nәticәsindә 7 ton narkotik maddә әlә keçirilib. Әmәliyyatlar nәticәsindә hәmçinin yol kәnarına yerlәşdirilәn 100 kiloqram partlayıcı maddә dә mәhv edilib.



Әlaqәli Xәbәrlәr