Suriya ilə bağlı Ərdoğan Putinlə görüşəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi günü rusiyalı həmkarı Vladimir Putinlə Suriya mövzusuyla bağlı görüşəcəyini bildirib.

Suriya ilə bağlı Ərdoğan Putinlə görüşəcək

  Pakistanda rəsmi səfərdə olan M.Çavuşoğlu həmkarı Şah Mahmud Qüreyşi ilə görüşdükdən sonra çıxış etdiyi birgə mətbuat konfransında Suriya mövzusuna toxunaraq deyib: “Suriya daxilində və İdlibin timsalında ən düzgün siyasət Türkiyənin izlədiyidir. Türkiyə Suriyada sülh və siyasi çözüm istəyir. Həll üçün Astana və Cenevrədə çox səy sərf etdik. Biz Suriyanın gələcəyini təhdid edən terrorla mübarizədə qərarlıyıq. Türkiyə İdlibdeki hücumları dayandırmaq üçün ikili və üçlü səviyyədə bu məsələni müzakirə edir. Terror təşkilatları ilə mübarizədə hamı ilə əməkdaşlığa hazırıq. Amma “terror təşkilatıyla mübarizə” pərdəsi dalında sadə vətəndaşların - qadın, uşaq və hər kəsin öldürülməsi insani hərəkət deyil, doğru deyil. Bu şəkildə sülh və əmin-amanlıq gətirilə bilməz. Türkiyə bu məsələyə dair görüşlərini davam etdirir və etdirəcək. Sentyabrın 17-si prezidentimiz Ərdoğan rusiyalı həmkarı Putinlə görüşəcək. Birləşmiş Millətlər Təşkilatında da bu səylərimizi davam etdirəcəyik. Türkiyənin bu səylərinə bütün dünya və təşkilatlar da ciddi dəstək verməlidir".



Әlaqәli Xәbәrlәr