İstanbulda idlib mövzusu ilә bağlı toplantı keçirilәcәk

Qaziantep vә Hataydakı ordu qәrargahlarında  olub

İstanbulda idlib mövzusu ilә bağlı toplantı keçirilәcәk

Türkiyә Bәşәr Әsәd rejiminin Suriyanın İdlib şәhәrinә endirdiyi zәrbәlәrin qarşısını almaq üçün şәylәr göstәrmәyә davam edir.

Bu çәrçivәdә Rusiya, Almaniya vә Fransanın yüksәk vәzifәli tәmsilçilәri İstanbulda bir araya gәlәcәk.

Toplantıda Türkiyәni Prezident Aparatının sözçüsü İbrahim Kalın tәmsil edәcәk.  İclasda İdlibdәki problemin hәllinә dair mövzular müzakirә olunacaq.

Toplantıda hәmçinin Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel vә Fransa prezidenti Emmanuel Makron arasında keçirilәcәk liderlәr zirvәsinin planlaşdırılması da nәzәrdә tutulur. İclasda dörd ölkә liderinin bir araya gәlәcәyi zirvәnin gündәmi dә hazırlanacaq.

Mәlumata görә, görüş Dolmabaxça  Sarayında baş tutacaq vә mәtbuata qapalı keçirilәcәk.



Әlaqәli Xәbәrlәr