Әminә Әrdoğan  ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan  ‘‘Humaniyat Fәaliyyәtә  görә Mükafat’’a layiq görülüb.

Әminә Әrdoğan  ‘‘Humaniyat Fәaliyyәtә görә Mükafat’’a layiq görülüb

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan  ‘‘Humaniyat Fәaliyyәtә  görә Mükafat’’a layiq görülüb.

Әminә Әrdoğan  Ümumdünya Müsәlman Xeyriyyәçilәri Konqresinin tәşkilatçılığı ilә İngiltәrәnin paytaxtı  Londonda keçirilәn  Qlobal Donorlar Forumu çәrçivәsindә  bu sahәdә göstәrdiyi fәaliyyәtlәrinә görә ‘‘Humaniyat Fәaliyyәtә  görә Mükafat’’a  layiq görülüb.

London Bәlәdiyyәsinin ev sahibliyindә keçirilәn mәrasimdә çıxış edәn Әminә Әrdoğan Suriyada yaşanan insanlıq faciәsinә  diqqәt çәkәrәk: ‘‘Müharibәnin sona çatması üçün birgә mövge nümayiş etdirmәliyik. Bütün dünyanın üzәrinә götürmәyә mәcbur olduğu  mәsuliyyәt  bir neçә ölkәnin çiyninә yüklәndi’’ deyib.

Әminә Әrdoğan Türkiyənin yalnız  qaçqınlara yardım etməklə kifayətlənmədiyini, Afrika ölkələrindən Qəzzaya qədər bir çox ölkәyә  yardım əlini  uzatdığını qeyd edib.

Türkiyәnin әn çox humanitar yardım edәn  ölkә olduğunu xatırladan Әminә Әrdoğan: ‘‘Bu gün mәnә tәqdim edilәn mükafatı bәşәrriyyәtin  vicdanı olan әziz millәtim adından alıram. Bu mükafatı almaq mәnim üçün böyük şәrәfdir. Bu mәnalı mükafatın әsas sahibi ayri-seçkilik etmәdәn harda  zülm varsa üzünü ora çevirәn dövlәtimdir, millәtimdir’’ deyә vurğulayıb.

Myanmadakı faciәyә dә toxunan Әminә Әrdoğan: ‘‘Myanmada yaşananlar 21-ci әsrin әn böyük insanlıq faciәlәrindәn biridir’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr