Firudin Sinirlioğlu: "Onların ümidlərini boşa çıxara bilmərik"

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında İdlibdəki bütün hərbi əməliyyatlara son qoyulmasına və atəşkəsə çağırdı.

Firudin Sinirlioğlu: "Onların ümidlərini boşa çıxara bilmərik"

 Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Firudin Sinirlioğlu BMT TŞ-nın toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Tehranda keçirdikləri üçtərəfli zirvə görüşünün nəticələri haqqında üzv ölkələri məlumatlandırdı.
 
Sinirlioğlu Astana danışıqlarının Suriyada zorakılığı azaltmaq və siyasi prosesə təkan vermək üçün aparıldığını xatırlatdı, Tehran görüşündə də İdlib məsələsinin önə çıxdığını bildirdi.
 
 Türkiyə nümayəndəsi prezident Ərdoğanın Tehranda atəşkəs çağırışını da diqqətə çatdıraraq: "Atəşkəs çağırışımız bütün hərbi əməliyyatları əhatə edir və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Beynəlxalq cəmiyyəti  fəal səylərimizi dəstəkləməyə dəvət edirik. İdlibdıki hərbi əməliyyatlar şübhəsiz ki, humanitar fəlakətə səbəb olar, qaçqın axını başlayar, Türkiyə və Avropada  böyük təhlükəsizlik riskləri yaradar" dedi.
 
Sinirlioğlu İdlibdə milyonlarla günahsız insanın həyatının təhlükəyə atılmasına imkan verilməməsinin vacibliyini vurğulayaraq bunları söylədi: " Bu, beynəlxalq ictimaiyyətin ortaq vəzifəsidir. Bu gün İdlibdə bizi həyəcanla izləyənlər terrorçu deyil, 3,5 milyon dinc  əhalidir və bunun 1 milyonu uşaqdır. Onların ümidlərini boşa çıxara bilmərik".



Әlaqәli Xәbәrlәr