Türkiyә Moqadişoda törәdilәn terror aktını lәnәtlәdi

Türkiyә dünәn  Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktını lәnәtlәdi.

Türkiyә Moqadişoda törәdilәn terror aktını lәnәtlәdi

Türkiyә dünәn  Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktını lәnәtlәdi.

Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Somalinin paytaxtı Moqadişoda bomba yüklü maşınla hәyata keçirilәn hücum nәticәsindә çox sayda insanın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Somalinin sabitliyini hәdәfә alan  bu xain terror aktını lәnәtlәyirik. Hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfә, Somali hökumәti vә xalqına dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, dünәn Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktı nәticәsindә 6 nәfәr hәlak olub, 16 nәfәr dә yaralanıb.

 



Әlaqәli Xәbәrlәr