Rəcəb Tayyib Ərdoğan "Wall Street Journal" qəzetinə məqalə yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Wall Street Journal" qəzetinə yazdığı məqaləsində: "İdlibə qarşı rejimin hücumu Türkiyədə, Avropada ciddi humanitar və təhlükəsizlik riskləri yaradar" dedi.

Rəcəb Tayyib Ərdoğan "Wall Street Journal" qəzetinə məqalə yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərindəki son prosesləri və məsələ ilə bağlı Türkiyənin mövqeyini "Wall Street Journal" qəzetinə yazdığı "Dünya Əsədi Dayandırmalıdır" başlıqlı məqaləsində dəyərləndirdi.

Türkiyə prezidenti məqalədə Türkiyənin İdlib məsələsində əlindən gələni artıqlaması ilə etdiyini, Bəşər Əsəd rejiminin Suriyada son 7 ildə törətdiklərinin ortada olduğunu qeyd etdi, rejimin İdlibə qarşı yaxınlaşan hücumuna diqqət çəkdi.

Ərdoğan Türkiyənin 3,5 milyondan çox Suriyalıya ev sahibliyi edərək böyük bir fədakarlıq nümayiş etdirdiyinə toxunaraq fikrini belə davam etdirdi: " İdlib körpüdən əvvəlki son çıxışdır. Əgər Avropa və ABŞ indi hərəkətə keçməkdə uğursuz olsa, yalnız günahsız suriyalılar deyil, bütün dünya bunun əvəzini ödəyəcək".

Türkiyə prezidenti Türkiyənin Suriyadakı böhrana həll tapma nöqtəsindəki diplomatik səylərindən yazaraq Cenevrə və Astana danışıqlarına istinad etdi və Ankaranın bütün bu proseslərdəki vasitəçi roluna işarə etdi.

 Əsəd rejiminin müttəfiqləri ilə birlikdə İdlibə qarşı hücum hazırlığını davam etdirdiyini qeyd edən Ərdoğan: "Hökumətimiz belə bir hücumun qarşısının alınması istiqamətində bir deeskalasiya zonasının müəyyənləşdirilməsinə kömək etdi və 12 müşahidə məntəqəsi yaratdı" yazaraq məlumat verdi.

Ərdoğan :"İdlibə qarşı hücum üfüqdə görünərkən beynəlxalq cəmiyyət məsuliyyətini dərk etməlidir. Passiv qalmağın əvəzi böyük olar. Suriya xalqını Bəşər Əsədin mərhəmətinə tərk edə bilmərik. Rejimin İdlibə qarşı hücumunun məqsədi  terrorla mübarizə kampaniyası deyil, müxalifəti ortadan qaldırmaqdır" deyə yazdı.

Ərdoğan məqaləsində  İdlib məsələsində ABŞ-la yanaşı Moskva və Tehrana da səslənərək: "Qonşuluğumuzdakı qətliamı dayandırma məsuliyyəti yalnız Qərbin üzərinə düşmür. Astana prosesindəki tərəfdaşlarımız - Rusiya və İran da bu humanitar fəlakəti dayandırmaqda eyni şəkildə cavabdehdirlər".

Prezident Ərdoğan daha sonra bunları qeyd etdi: "Əsəd rejimi öz hücumlarını terrorla mübarizə zəminində qanuniləşdirməyə çalışır. Bununla xətaya düşməyin. İdlibdə terrorrist faktorları aradan qaldırmaq və xarici döyüşçüləri ədalətin qarşısına çıxarmaq üçün daha geniş, beynəlxalq terrorla mübarizə əməliyyatı lazımdır".



Әlaqәli Xәbәrlәr