• Video Qalereya

“Qərar ABŞ-ın Orta Şərq sülh prosesində bitərəfliyini itirdiyinin göstəricisidir”, H.Aksoy

Türkiyə ABŞ-ın Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatının ofisinin bağlanmasına reaksiya göstərdi.

“Qərar ABŞ-ın Orta Şərq sülh prosesində bitərəfliyini itirdiyinin göstəricisidir”, H.Aksoy

Türkiyə ABŞ-ın Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatının ofisinin bağlanmasına reaksiya göstərdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy qərarın ABŞ-ın Orta Şərq sülh prosesində bitərəfliyini itirdiyinin göstəricisi olduğunu söyləyib.

Aksoy Vaşinqtonda daimi Fələstin Azadlıq Təşkilatı ofisinin bağlanmasına dair bildirib ki, ABŞ-ın qərarı narahatlıq doğurur. Bu qərarın iki dövlətli həll yolunun təxrib edilməsi barədəki təşəbbüslərə cəsarət qazandırmaqdan özgə məqsədi yoxdur. Türkiyə haqlı davasında Fələstin xalqının yanında yer almağa və Fələstin məsələsinə ədalətli və daimi sülh tapılması barədəki beynəlxalq cəhdləri dəstəkləməkdə davam edəcəkdir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Fələstin Azadlıq Təşkilatı ofisinin bir ay ərzində boşaldılmasını istədiyini bildirdi.



Әlaqәli Xәbәrlәr