“İdlibə hücum siyasi proseslərə dinamit qoyacaq”, İ.Kalın

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın: "İdlibə qarşı təcavüz hər şeydən əvvəl bu ana qədər davam edən siyasi prosesləri dinamitləyəcək".

“İdlibə hücum siyasi proseslərə dinamit qoyacaq”, İ.Kalın

   Prezident Aparatı toplantısından sonra bəyanat verən İbrahim Kalın dedi:

  “Türkiyə iqtisadiyyatı beynəlxalq investorlara güvən verən bir sahə kimi yoluna davam edir. İqtisadiyyatımız, kənardan olan təsirlərə baxmayaraq, öz inkişafı ilə gedir. Türkiyə iqtisadiyyatı ilə bağlı panika havası yoxdur. Burulğan kimi görünən dövr də tezliklə keçəcək.

  Noyabr ayında ikinci “100 günlük icra proqramı” başlayır. Yeni tədris ililə əlaqədar da tədbirlər təqdim edilib. Tələbə və müəllimlərimizin etimad və əmin-amanlıq şəraitində təlim-təhsili üçün nə lazımsa, görürük. Yeni tədris ilində 60 min təmizlik, 20 min isə mülki təhlükəsizlik işçisi işə alınacaq.”

  İbrahim Kalın sonra Tehran sammitinə toxunaraq bunları söylədi: “Gözləmədiyimiz halda üçlü zirvə toplantısı canlı yayımlandı. Bu da xeyirə vəsilə oldu: prezidentimizin səyini bütün dünya gördü… İdlibə qarşı təcavüz təkcə bəşəri fəlakətə yol açmır, hər şeydən əvvəl, bu zamana qədər davam edən siyasi proseslərə dinamit qoyacaq, ciddi bir etibarsızlıq böhranına yol açacaq, yüz minləri əhatə edən bir köç dalğası yaradacaq, özü ilə başqa problemləri də gətirəcək. Bu köç Avropaya da təsirini göstərəcək.

  Çağırışımız budur: dünya ictimaiyyəti, Qərb dövlətləri, Amerika Birləşmiş Ştatları və region ölkələri bu məsələdə koordinasiyalı şəkildə hərəkət edərək İdlibə qarşı mümkün hücumu dayandırsın. Gözləyirik ki, bütün tərəflər bu prosesdə yaxın günlərdə konstruktiv töhfələr versin, İdliblə bağlı bütün əngəllər ortadan qaldırılsın və siyasi həll əldə edilsin.

  Onu da qeyd edim ki, terrorizmlə mübarizədə son vaxtlar müsbət nəticələr qazanılıb və təşkilatlarda iştirak ciddi şəkildə azalıb”.



Әlaqәli Xәbәrlәr