• Video Qalereya

Hulusi Akardan Yunanıstana təşəkkür

Yunanıstanın Bazar günü sərhədi səhvən keçən 2 Türk hərbçini sərbəst buraxması "müsbət və konstruktiv yanaşma və yaxşı qonşuluq nümasibətlərinin yüksək qiymətləndiriləcək nümunəsi hesab edilir. Bunu Milli Müdafiə Naziri Hulusi Akar deyib.

Hulusi Akardan Yunanıstana təşəkkür

Hulisi Akar, Əfqanıstanın Ankara səfiri Abdul Rahim Sayed Canın Əfqanıstanın müstəqilliyinin 99-cu il dönümü münasibətiylə təşkil edilən tədbirə iştirakı zamanı jurnalistlərə açıqlama verib. O, bir jurnalistin, qeyri-qanuni köçə qarşı mübarizə çərçivəsində vəzifə icra edən 2 əsgərin səhvən Yunan sərhədini keçdikdən sonra Yunan təhlükəsizlik qüvvələri tərəfindən qısa müddət saxlanıb və daha sonra azadlığa buraxıldıqlarına dair ünvanladığı suala cavabən: "Sərhəddə qeyri-qanuni köçün qarşısının alınmasını nəzərdə tutan mütabiqətlər çərçivəsində o ərazidə mübarizəyə zərurət duyulmuş və həmin mübarizə zamanı iki əsgərimiz Yunan səlahiyyətliləri tərəfindən saxlanılmış. Ancaq hadisədən sonra iki ölkə səlahiyyətli vəzifəliləri tərəfindən edilən danışıqlar nəticəsində əsgərlərimiz sərbəst buraxılmışlar. Bu da iki ölkə arasındakı yaxşı qonşuluq əlaqələrinin göstəricisidir. Belə bir hadisənin məntiq və dostluq əlaqələri çərçivəsində həllə qovuşmasına töhfə verənlərə minnətdarlığımı bildirirəm-deyə Hulusi Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr