• Video Qalereya

Binәli Yıldırım Yaponiya şahzadәsini qәbul edib

Yaponiya şahzadәsi Akiko Mikasanomiya Türkiyәdәki görüşlәrini davam etdirir.

akiko miksanomiya-cavusoglu.jpg
akiko miksanomiya-tirnak bayraklar.jpg

Yaponiya şahzadәsi Akiko Mikasanomiya Türkiyәdәki görüşlәrini davam etdirir.

Akiko Mikasanomiya Türkiyә Böyük Millәt Mәclisinin sәdri Binәli Yıldırım tәrәfindәn qәbul edilib.

Mәlumata әsasәn, görüş mәtbuata qapalı keçirilib.

Mәlumatda Akiko Mikasanomiya Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu ilә dә bir araya gәldiyi bildirilib. Görüşün mәtbuata qapalı keçirildiyi vurğulanıb.

Qeyd edәk ki, Yaponiya şahzadәsi Akiko Mikasanomiya Türkiyәyә etdiyi sәfәri çәrçivәsindә ilk olaraq Anıtqәbiri ziyarәt edәrәk xüsusi dәftәrә ürәk sözlәrini yazmışdı.

Akiko Mikasanomiya daha sonra Kırşehirin Kaman qәsәbәsinә sәfәr edәrәk  Yapon Anadolu Arxeoloji İnstitutu, Yapon Baxçası vә Kalehöyük Arxeoloji muzeyindә olub.



Әlaqәli Xәbәrlәr