Antalyada  zəlzələ oldu

Türkiyənin Antalya şəhərinin Döşəməaltı rayonunda 4,8 bal gücündə zəlzələ oldu.

Antalyada  zəlzələ oldu

Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin(AFAD) internet saytında məlumat yayıldı.
 

Məlumata görə, Türkiyə vaxtı ilə saat 02.02-də  Antalyanın Döşəməaltı rayonunun Ilıcaköy məhəlləsində 4,8 bal gücündə yer sarsıntısı qeydə alınıb.
 
 Zəlzələnin episentri təxminən 47 kilometr dərinlikdə yerləşib.
 
AFAD-ın Antalya müdiri Fevzi Teymur:" Zəlzələnin baş verdiyi sahəyə dəstə göndərdik. Əməkdaşlarımız sahədə təhqiqat aparacaqlar. Hazırda hər hansı bir mənfilik müşahidə olunmur" dedi.



Әlaqәli Xәbәrlәr