Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti təbrikinə bu sözlərlə başladı: "Əziz millətim, sevgili qardaşlarım, sizi səmimi qəlbdən salamlayır, mübarək Qurban bayramınızı təbrik edirəm. Bizi bir Qurban bayramı ilə də qovuşduran Rəbbimizə şükür edirəm" .

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı Qurban bayramı münasibətilə təbrik etdi.

Prezident təbrikinə bu sözlərlə başladı: " Əziz millətim, sevgili qardaşlarım, sizi səmimi qəlbdən salamlayır, mübarək Qurban bayramınızı təbrik edirəm. Bizi bir Qurban bayramı ilə də qovuşduran Rəbbimizə şükür edirəm" .

 Bayramın bütün İslam aləminə və bəşəriyyətə xeyirlər gətirməsini arzu edən Ərdoğan, Qurban bayramının rəhmət və bərəkəti ilə çətinliklərdən xilas olmağa vəsilə olmasını arzuladı.

 Türk millətinin yaxşı gündə, pis gündə bir olma, bir ürək, bir yumruq kimi hərəkət edə bilmə  qabiliyyəti sayəsində minillərlə dik durmağı bacardığını ifadə edən Ərdoğan son illərdəki hər təcavüzün, dövlət çevrilişi cəhdinin, hiylənin bu sayədə dəf edildiyini bildirdi.

 Ərdoğan bu gün də millətin eyni ləyaqətli davranışı sərgilədiyini dilə gətirdi.

 Türkiyə prezidenti təbrikinə belə davam etdi: "Qurban bayramımızdan dərhal sonra 947-ci ildönümünü qeyd edəcəyimiz Malazgirt Zəfərimizdən bu yana nə qədər təhlükələrə sinə gərmiş bir millətik. Azadlığımızın simvolları olan azanımıza və bayrağımıza qarşı hər bir hücuma eyni əzm, qətiyyət və dəyanətlə cavab verdik".

Gələn həftə 96-cı ildöümü qeyd ediləcək 30 Avqust Zəfərinin də vətənə sahib çıxma iradəsinin təzahürlərindən biri olduğunu vurğulayan Ərdoğan: "15 iyulda keçmişdən gələcəyə qurduğumuz körpünü və coğrafiyamızdakı minillik mövcudluğumuzu canımız bahasına qorumaq əzmimizi bir daha göstərdik. İqtisadiyyatımıza yönəldilmiş təcavüzün birbaşa azan və bayrağımıza qarşı olan hücumlardan heç bir fərqi yoxdur. Məqsəd eynidir. Məqsəd Türkiyə və Türk millətinə boyun əydirmək, onu əsir götürməkdir. Biz boynuna boyunduruq vurulmasındansa, boynunun vurulmasına üstünlük verən bir millətik. Terror təşkilatları ilə, içimizdəki xəyanət dəstələri ilə, min bir hiylə ilə,  oyunla çökdürə bilmədikləri Türkiyəni valyuta məzənnəsi ilə məğlubiyyətə uğradacaqlarını güman edənlər, yanıldıqlarını çox yaxında görəcəklər. Allahın izni ilə ölkəmiz bunların hamısının  öhdəsindən gələcək gücə, imkana, iradəyə malikdir. Yetər ki, biz bir olaq, iri olaq, diri olaq, qardaş olaq, hamımız birlikdə Türkiyə olaq"dedi.

 Həcc vəzifəsini yerinə yetirmək üçün mübarək torpaqlarda olanların ibadətlərinin qəbul və məqbul olmasını diləyən prezident Fələstindən Suriyaya Cənubi Asiyadan Türküstana qədər dünyanın bir çox yerində zülm altında inləyən bütün məzlumların xilası üçün dua etdiyini söylədi.

Avtomobilləri ilə yola çıxanlara diqqətli olmaları, sürət həddini gözləmələri, təhlükəsizlik kəmərlərini bağlamaları, yuxusuz şəkildə sükan arxasına keçməmələri, yol qaydalarına riayət etmələri ilə bağlı xəbərdarlıq edən Ərdoğan bayram sevincinin matəm havasına bürünməməsi üçün hər kəsi üzərinə düşəni etməyə çağırdı.

 Prezident Ərdoğan Qurban bayramının könüllərə rahatlıq, ailələrə xoşbəxtlik, Türkiyəyə aydınlıq gətirməsini arzulayaraq, sevgi və hörmətlərini ifadə etdi.



Әlaqәli Xәbәrlәr