İstanbulun Yeni Hava Limanından ilk uçuşun tarixi və marşrutu

İlk xarici uçuşlar Şimali Kipr Türk Respublikası (Kıprıs) və Azərbaycan olacaq.

İstanbulun Yeni Hava Limanından ilk uçuşun tarixi və marşrutu

   95 fazi tamamlanmış hava limanına köçmə işləri 29 oktyabrda başlanacaq, 45 saat sürəcək.

  İstanbul Yeni Hava Limanından ilk uçuş 2018-ci ilin 31 oktyabr saat 14:00-da İstanbuldan paytaxt Ankaraya olacaq.

  İlk xarici uçuşlar isə Şimali Kipr Türk Respublikası (Kıprıs) və Azərbaycana həyata keçiriləcək.

  Türk Hava Yolları (THY) şirkəti İdarə Heyətinin sədri İlker Aycı deyib: “Yeni Hava Limanına keçidlə birlikdə aviasiya tarixinin ən böyük köçü başlayacaq. Köçmə əməliyyatında 15 min böyük yük maşınlarından istifadə ediləcək. THY-nın yeni hava limanında 10 min kvadratmetrlik bir xüsusi sərnişin salonu (launch), 40 min maşın üçünsə avtomobil dayanacağı olacaq".



Әlaqәli Xәbәrlәr