Türkiyə Efiopiya və Eritreya barışını təqdir etdi

Türkiyə barış müzakirələri aparan iki qonşu ölkə Efiopiya və Eritreya arasında imzalanan birgə deklarasiyanı məmnuniyyətlə qarşıladı.

Türkiyə Efiopiya və Eritreya barışını təqdir etdi

    Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib: “Afrikada sabitliyə önəm verən bir ölkə olaraq Türkiyə Efiopiya və Eritreya arasındakı əlaqələrin normallaşdırılması ilə əlaqədar atılan addımları məmnuniyyətlə qarşılayır. Efiopiyanın baş naziri Abiy Əhmədin Eritreya səfəri zamanı Asmarada Eritreya və Efiopiya arasında imzalanan birgə bəyannaməni təqdir edirik. İki qonşu ölkə və xalq arasında münasibətlərin normallaşması hər iki ölkənin inkişaf və rifahını yardım olacaq. Bu normallaşmanın Afrika Buynuzu regionunda sülh, sabitlik və hərtərəfli əməkdaşlığa vəsilə olacağına inanırıq.”

  Xatırladaq ki, Eritreya İnformasiya naziri Yemane Qebremeskel iyulun 9-da sosial media hesabından verdiyi açıqlamada Eritreya prezidenti İsaias Afeverki və Efiopiyanın baş naziri Abiy Əhmədin paytaxt Asmarada Birgə Sülh və Dostluq Deklarasiyasına imza atdığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr