"Almaniya cinayətkarları ortaya çıkarmaqda zəiflik göstərdi", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyada Milli Sosialist Yeraltı (NSU) terror təşkilatı məhkəməsində hakimlərin həqiqi mənada cinayətkarları ortaya çıkarmaqda zəiflik göstərdiklərini söyləyib.

"Almaniya cinayətkarları ortaya çıkarmaqda zəiflik göstərdi", M.Çavuşoğlu

    NATO Sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən M.Çavuşoğlu Türkiyənin NATO nəzdindəki daimi nümayəndəliyində mətbuata verdiyi açıqlamada deyib:

  “Cinayətlərin arxasında kim var, kəşfiyyat içində kim var, dərin dövlətdə kim var, hansı qurumlar var, ortaya çıxarılması və cəzalandırılması lazımdır.

  Almaniyada 5 ildir davam edən NSU işi yekunlaşdı, məhkəmə qərarını verdi, əsas müttəhim 10 cinayətdən ağırlaşdırılmış ömürlük cəza aldı. Müttəhimlərin cəzalandırılması vacibdir. Amma bu prosesdə cinayətin arxasında duran adamlar və qurumlar ortaya çıxarılmadı. Məhkəmə prosesi zamanı bəzi şahidlər öldürüldü. Cəza qərarı yetərsiz qaldı.

  Almaniyada may ayında Solingen faciəsinin 25-inci ildönümündə iştirak etdim. Bu, nə ilk, nə də sondur. Bu gün də Almanyada davam edən hücumlar və artan irqçilik var. Səbəbkarları cəzalandırmadan bu prosesin qarşısı alına bilməz.

  Almaniya bu istintaqı davam etdirməlidir. Türkiyə prosesi yaxından təqib edəcək.”

  Prezident sözçüsü İbrahim Kalın da NSU məhkəmə qərarının qənaətbəxş olmadığını söyləyib.



Әlaqәli Xәbәrlәr