Adnan Oktar avtomobili ilə qaçarkən yaxalandı

Adnan Oktar kimdir?

Adnan Oktar avtomobili ilə qaçarkən yaxalandı

  İstanbul mərkəzli 5 rayonda Adnan Oktar cinayət təşkilatı üzvü olduqları iddia edilən 235 nəfərin yaxalanması üçün əməliyyat başladı. Bu zamana qədər 166 şübhəli saxlanılıb.

  İstanbulda nəzarətə götürülən, bütün mal varlıqlarına əl qoyulan  Adnan Oktar haqqında uşaqlara qarşı cinsi istismar, casusluq və təşkilat başçısı kimi 32 ayrı-ayrı ciddi ittihamlar var.

  Adnan Oktar adı Türkiyəyə 90-cı illərdən tanışdır. O dövrdə də saxladığı qadın və topladığı ianə pullarla fond yaratması ilə gündəmdə idi. Bir neçə dəfə nəzarətə götürülsə də, sərbəst buraxılmışdı. 62 yaşlı Adnan Oktar indi də ağır ittihamlarla nəzarətdədir.

  Xüsusi polis dəstələri tərəfindən avtomobillə qaçmağa çalışan Oktarın Sarıyerdə yaxalanıb və həbs edilib. Onunla yanaşı 106-sı qadın olmaqla 235 şübhəli də yaxalananıb. Əməliyyatlar İstanbulun 22 rayonunda 115, Ankaranın 2 rayonunda 3 ünvan, Muğla və Antalya 1 ünvanda olmaqla 120 ünvanda keçirilib. Axtarışlar zamanı ünvanlarda 50-dən yuxarı tapança və tüfəng, bu silahlara aid çox sayda güllə, polad jilet və bir zirehli CİP avtomobili də ələ keçirilib.

  Nəzarətə götürülən qadın şübhəlilərin bir hissəsi Haseki Eksperimental Araşdırma Xəstəxanasında sağlamlıq nəzarətindən keçirildikdən sonra İstanbul Polis İdarəsinin Vətən küçəsindəki korpusuna aparılıb.

  Adnan Oktar kimdir? 2 fevral 1956-cı ildə Ankarada anadan olan Adnan Oktar atasını kiçik yaşda itirib. İlk və orta təhsilini Ankarada alıb, orta məktəb, lisey və universiteti İstanbulda oxuyub. Harun və Yəhya peyğəmbərlərin adlarından uydurduğu Harun Yəhya taxma adı ilə bir çox kitab nəşr etdirən Oktar ateizm, darvinizm və sionizm əleyhdarı fikirləriylə tanınır. Amma daha çox “kedicik” (”pişik balası") kimi tanınan qadınlarla gündəmə gəlib.



Әlaqәli Xәbәrlәr